Xəbər lenti

Dünya 14:52 12.03.2024

Fransanın Moldovadakı müdafiə missiyası bir nəfərdən ibarət olacaq

Fransa Müdafiə Nazirliyinin Kişinyovdakı daimi nümayəndəliyini hərbi attaşe təmsil edəcək. 

Qaynarinfo xəbər verir ki, bunu Moldovanın müdafiə naziri Anatoli Nosatı PRO TV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, attaşenin namizədliyi artıq təsdiqlənib - bu, qadın polkovnik-leytenantdır, o, Fransanın Rumıniyanın paytaxtı Buxarestdəki səfirliyindən Kişinyova köçəcək.

"Demək istəyirəm ki, bütün tədbirlər (hərbi əməkdaşlıqla bağlı – red.) bizim hərbçilərimizin xaricdə, Fransa hərbçilərinin isə ölkəmizdə mövcudluğu ilə bağlı olacaq, lakin bu, bu tədbirlərin müddəti ilə məhdudlaşacaq. Bu mövcudluq Moldova qanunvericiliyini pozmayacaq və onun neytral statusuna zidd olmayacaq”, - Nosatı əlavə edib.  

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron martın 7-də Kişinyovda Moldovada daimi müdafiə missiyası açmağı planlaşdırdığını açıqlayıb. O, Parisdə Moldova prezidenti Maya Sandu ilə görüşüb. O izah edib ki, bu, Moldova və Fransa hərbçilərinin birgə təhsili və təlimini nəzərdə tutur. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->