Xəbər lenti

Dünya 15:06 23.04.2024

Fransız şirkəti ermənilərin əli ilə Rusiya hökumət təyyarələrini təchiz edir (ARAŞDIRMA)

Rusiyaya qarşı beynəlxalq sanksiyalara baxmayaraq, Şato şəhərində yerləşən Fransa şirkəti Rusiya təyyarələri üçün avionika tədarükünü davam etdirir.

Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın "Le Parisien” qəzetinin araşdırmasında deyilir

Nəşr yazır ki, bu, Rusiyanın yüksək hərbi və siyasi rəhbərliyinin istifadə etdiyi təyyarələrə aiddir. Söhbət bütün bort elektronikasından – kabinlərin işıqlandırmasından tutmuş bort ötürücü və rabitə şəbəkəsinə qədər nəzarət edən ən müasir sistemdən gedir. Bütün bunlar ABŞ-ın "Astronics” qrupunun Fransız törəməsi olan PGA tərəfindən quraşdırılır. 

"Rusiya liderlərinin və oliqarxlarının təyyarələrini təchiz etmək, modernləşdirmək və ya sadəcə onlara qulluq etmək üçün Rusiya hakimiyyəti Fransanın mərkəzində, Şatoda bir neçə min kilometr aralıda yerləşən şirkətin mütəxəssislərinə müraciət edir. Baş ofisi Nyu York ştatında yerləşən, avionika üzrə ixtisaslaşan Amerikanın "Astronics” qrupunun Fransadakı törəmə şirkəti olan PGA məhz burada yerləşir”, – araşdırmada deyilir.

"Putin, Medvedev, Şoyqu və digər rejim xadimləri artıq mobil telefonları üçün təhlükəsiz gizli rabitə təmin edən bu qabaqcıl fransız texnologiyasından həzz ala bilərlər. Təşəkkürlər, Fransa”, - məqalə müəllifləri yazır. Ruslarla iş nəinki genişmiqyaslı müharibənin başlaması ilə dayanmayıb, əksinə inkişaf edib. Jurnalistlər bildirirlər ki, şirkət 4-5 milyon avro arasında gəlir əldə edib ki, bu da yeddi təyyarənin avadanlığına uyğundur.

Təyyarələr arasında İl-96 və Sukhoi 100 superjetləri yüksək rütbəli məmurlar üçün nəzərdə tutulmuş mülki təyyarələrdir. Onlardan xüsusilə Dmitri Medvedev, Sergey Şoyqu və Dmitri Peskov, eləcə də FSB rəhbərliyi ilə yanaşı, Putinin özü və bəzi başqaları istifadə edirlər.

Araşdırmada deyilir ki, sanksiyalardan yayınmaq üçün PGA öz avadanlıqlarını kameralar, kabellər və digər elektron avadanlıqlarla dolu konteynerlərdə Ermənistanın paytaxtı İrəvan yaxınlığındakı köhnə sovet bazasında emalatxanası olan şirkətə göndərir. Amma bu sxem Rusiya-Ermənistan münasibətlərinin soyuması ilə dayanıb. İndi konteynerlər sadəcə olaraq İrəvandan Moskvaya göndərilir, burada sistemlər gizli aerodromda quraşdırılır. Bu, yükə qoşulan çiplər - izləmə cihazları sayəsində aşkar edilib. Fransanın PGA şirkətinə ödənişlər Dubay (Birləşmiş Ərəb Əmirlikləri) vasitəsilə həyata keçirilir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->