İdman 19:01 23.05.2023

Fuad Nəcəfli stadiona getdi, Ədalət Şükürov konsert verdi

Qaynarinfo xəbər verir ki, qapanış turunun bütün oyunları eyni günə təsadüf edib.

Çempion "Araz Naxçıvan” doğma meydanda "Zaqatala”nı inamlı hesabla məğlub edib. 

Matçı stadionda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA-nın prezidenti Rövnəq Abdullayev və muxtar respublika sakinləri izləyiblər.

Sonda "Araz-Naxçıvan"a doğma meydanda kubok və medallar təqdim edilib. Ardından stadionda Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürovun ifasında konsert proqramı təşkil olunub.

Gümüş medalların sahibi "Neftçi”nin əvəzediciləri də MOİK-lə səfər matçında inamlı qələbəyə sevinib.

Üçüncü pillədə olan "Turan Tovuz”un ikinci komandası isə "İmişli”ni böyük hesabla məğlub etməklə bürünc medalları təmin edib.

I Divizion
XXX tur
23 may

"Mingəçevir” – "Səbail-2” 1:1
Qol: Elvin Əlizadə, 83-pen – Xəyal Bədirov, 18.

MOİK – "Neftçi-2” 2:4
Qol: Tural Axverdiyev, 30. İlham Allahverdiyev, 62 – Elşad Tağıyev, 7; 13-pen. Seymur Əliyev, 39. Aqşin Abazərov, 73.

"Araz Naxçıvan” – "Zaqatala” 2:0
Qol: Orxan Əliyev, 76; 80.

"Qəbələ-2” – "Qarabağ-2” 0:0

"Turan Tovuz-2” – "İmişli” 3:0
Qol: Sadiq Şəfiyev, 45; 71-pen. Okebuqvu Henri, 48.

"Zirə-2” – "Şamaxı-2” 2:2
Qol: Mahmud Ağayev, 58. Xəqani Sadıxov, 66-pen – Qurban Səfərov, 43-pen. Asim Əlizadə, 45.

"Sumqayıt-2” – "Kəpəz-2” 3:2
Qol: Uğur Cahangirov, 72. Maqsud Ələkbərov, 80. Xəzər "Sumqayıt Arena” (ehtiyat meydança).