Xəbər lenti

Ölkə 19:57 13.11.2023

Gədəbəydə Ermənistanla həmsərhəd ərazidə yanğın zamanı mina partladı

Azərbaycanın Ermənistanla sərhəddə yerləşən Gədəbəy rayonu, Novoivanovka kəndinə yaxın ərazidə baş verən yanğın zamanı mina partlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın hələ də davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları, canlı qüvvəsi və digər qurumların əməkdaşları cəlb olunub.

Yanğın həmsərhəd ərazidə baş verdiyindən, həmçinin mina təhlükəsi nəzərə alınaraq yanğına tam müdaxilə etmək hələlik mümkün olmayıb. Amma alovun Novoivanovka kənd ərazisinə keçməməsi və təhlükənin artmaması üçün tədbirlər görülür.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->