Dünya 15:53 16.03.2024

Gələn həftə Ukrayna Aİ-dən 50 milyard avroluq ilk tranş gözləyir - Şmıqal

Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, gələn həftə Kiyev "Ukrayna Facility" proqramı çərçivəsində ilk tranşı gözləyir, planlaşdırılan məbləğ 4,5 milyard avrodur və gələn həftə BVF-dən vəsaitlərin də cəlb edilməsi gözlənilir.

Qaynarinfo xəbər verir ki, o, bu barədə telemarafon zamanı bildirib.

"Bu il biz BVF-dən 5,6 milyard qrivna alacağımızı gözləyirik", - Şmıqal bildirib.

Şmıqal onu da qeyd edib ki, gələn həftə Ukrayna BVF-dən növbəti tranşı, eləcə də Aİ-nin dördillik Ukrayna Mexanizmi proqramı çərçivəsində birinci tranşı gözləyir; daha əvvəl bildirilmişdi ki, mart ayında Ukrayna Aİ proqramı çərçivəsində 4,5 milyard avro alacaq.

Xatırladaq ki, Ukrayna və Avropa İttifaqı arasında Ukrayna Mexanizmi çərçivəsində Ukrayna üçün keçid dövrünün maliyyələşdirilməsinə dair kredit sazişi və memorandum imzalanıb. Təqdim olunan güzəştli vəsaitlərin ümumi həcmi 6 milyard avro təşkil edir. 

Fevralın 28-də Avropa İttifaqı Şurası 2027-ci ilə qədər ortamüddətli büdcə revizyonunu təsdiqləyib ki, bu da 50 milyard avro dəyərində dörd illik yardım planı olan Ukrayna Mexanizminin yaradılmasını da əhatə edir.

Alpər