Siyasət 09:56 12.10.2022

Gəncə terrorunda hərbi göstəriş verənlərin kimliyi müəyyən edilib (RƏSMİ)

"Gəncə terroru Vətən Müharibəsində məğlub olan ermənilərin acizliyidir".

Qaynarinfo xəbər verir ki, bunu Gəncədə jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, erməni tərəfi acizliyindən Gəncəyə raket zərbələri endirib.

"Bu işlərlə bağlı biz 3 cinayət işi başlamışıq və həmin bu hərbi-siyasi tapşırığı verən, icra edən şəxslər müəyyən olunublar. Onları beynəlxalq axtarışa vermişik. Gec-tez onların, məsuliyyətə cəlb edilməsinə nail olacağıq".