Ekonomiks 13:43 24.11.2023

Generalın söz verib, işə bərpa etdirmədiyi Təranə Cəfərova məhkəməyə üz tutdu

"Azərreyl" volleybol klubunun keçmiş mətbuat katibi Təranə Cəfərova klubu məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, Təranə Cəfərovanın iddiasına Səbail Rayon Məhkəməsində baxılacaq. 

İş hakim Rəna Cəfərovanın icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi əmək münasibətlərinə dair mübahisələrdən ibarətdir. 

Təranə Cəfərova 2017-ci ilin aprel ayından 2023-cü ilin mayına qədər "Azərreyl” volleybol klubunun mətbuat katibi olub. Cari ilin may ayında isə tutuduğu vəzifədən azad edilib. Təranə Cəfərova mediaya açıqlamasında işdən çıxarılmasını əsassız hesab edir. 

Onun açıqlamalarından belə aydın olur ki, işdən çıxması Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun Azərbaycan Volleybol Federasiyasının prezidenti seçildikdən sonraya təsadüf edir. 

Təranə Cəfərova həmin vaxt sfer.az-a deyib ki, işə bərpa ilə bağlı hətta Şahin Bağırovun da qəbulunda da olub: "Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun qəbuluna üz tutdum. Sədr məsələdən ümumiyyətlə xəbərdar olmadığını, bu haqda birinci dəfə eşitdiyini dedi. Bununla belə Şahin Bağırov mənim yenidən işimə bərpa edilməyimlə bağlı tapşırıq verəcəyini söylədi. Amma həmin görüşdən keçən müddətdə mənə heç bir yerdən müsbət və ya mənfi cavab verilməyib".

Seyid