"Laçın-Xankəndi yolunun Şuşa şəhəri yaxınlığından keçən hissəsində dekabrın 10-dan başlayan aksiya davam edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında İTV-nin Qarabağ bürosunun rəhbəri Şöhrət Eyvazov deyib.
Şöhrət Eyvazov bildirib ki, aksiyaya ekofəallar, QHT nümayəndələri, mina terroru qurbanları və onların ailə üzvləri, eləcə də digər vətəndaşlar qatılıb:
"Aksiya iştirakçılarının tərkibi dəyişsə də, əsas şüarlar dəyişməz qalır: Ekoloji cinayətlərə son qoyulması, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərindən çıxarılan faydalı qazıntılarına monitorinq aparılmasının təmin edilməsi və s kimi tələblərimiz qüvvədədir. Dekabrın 22-də isə iki böyük hava şarları gətirilib. Onların üzərində "Təbiəti qoruyaq” şüarı yazılıb. Dünən aksiya keçirilən yoldan 7 avtomobil keçib. Həmin avtomobillər Rusiya sülhməramlılarına humanitar təminat aparır”.
Şöhrət Eyvazov qeyd edib ki, media nümayəndələri aksiyada baş verən hadisələri operativ şəkildə yerli ictimaiyyətə və xarici ölkə nümayəndələrinə çatdırır:
"Tələblər yerinə yetmiyənə kimi aksiya davam edəcək”.
Bahar Rüstəmli
Şərhlər