Xəbər lenti

Ekonomiks 12:47 05.03.2024

Gömrük Komitəsinin e.customs.gov.az portalı çökdü (FOTO)

Dövlət Gömrük Komitəsinin e.customs.gov.az portalının istifadəsində problemlər yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişləri e.customs.gov.az vasitəsilə bəyan etmək mümkün deyil. 

Vətəndaşlar sifariş verdikləri malların bəyannaməsini yazmaq üçün e.customs.gov.az portalına daxil olmaq istəsə də, böyük çətinliklərlə üzləşirlər. Belə ki, bir çox şəxslər bu portalın qeydiyyat bölməsindən keçərək sadələşdirilmiş bəyannamə yaza bilmirlər. 

Mövcud vəziyyətlə bağlı vətəndaşlar Dövlət Gömrük Komitəsinin rəsmi "facebook” səhifəsinə sorğu da verirlər. Lakin vətəndaşların sorğusu DGK-nın "facebook” səhifəsində cavablandırılmır.

Əhməd
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->