Ekonomiks 16:30 02.03.2024

Gömrük Komitəsinin "qarınqulu" itləri - Ötən il 23 ton, bu il 24 ton...

Dövlət Gömrük Komitəsi 24 131, 52 kiloqram it yemi alacaq.

Qaynarinfo xəbər verir ki, qurum bununla bağlı tender elan edib. Tender aprelin 1-dək davam edəcək.

Alınan yemin 23 657,28 kiloqramı böyük, 474, 27 kiloqramı isə kiçik itlər üçün nəzərdə tutulub. 

DGK ötən il də it yemi ilə bağlı tender elan edib. Həmin tenderin qalibi "Bayvet" MMC seçilib. Bu tenderin şərtlərində DGK-nın böyük itlər üçün 22 982, 4 kiloqram, kiçik itlər üçün isə 456 kiloqram yem alması nəzərdə tutulur. 

"Bayvet" MMC-nin təklifi 129 989,37 AZN olub. Bu halda it yeminin 1 kiloqramı 5, 5 AZN-ə düşür. İt yeminin 1 kiloqramının qiyməti isə 1-3 AZN arasında dəyişir.

Bu arada, onu da qeyd edək ki, "Bayvet" MMC haqqında heç bir məlumata rast gəlinmir. 

Seyid