Foto 17:12 04.06.2023

Göygölə dolu düşdü, Ağstafada sakinlər evlərini tərk etməli oldu (FOTOLAR)

Göygöldə güclü yağışdan sonra dolu yağıb.

APA-nın məlumatına görə, bu gün saat 16:30-da rayon mərkəzinə və ucqar kəndlərə dolu düşüb.

Hazırda dolunun ziyan törətməsi ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, qərb bölgəsini əhatə edən rayonlarda yağışlı hava şəraiti hökm sürür.

Qazaxda isə güclü külək fəsadlar törədib. Külək rayonun Heydər Əliyev prospektində iri gövdəli ağacları aşırıdıb. Qırılan ağaclar yollarda hərəkətdə çətinliklər yaradıb. 

Bundan başqa, gecə yağan güclü yağış Ağstafanın Köcəsgər kəndində 26 evi su altında qoyub. Hadisə gecə baş verdiyindən sel sularından sonra əhali evlərini tərk edərək yaxınlarının yaşadığı evlərə daşınıblar. 

Əraziyə gecə ilə rayon Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da baxış keçiriblər, müvafiq tədbirlərin görülməsi üçün göstərişlər verilib.