Dünya 22:23 05.06.2023

Gözəllik yarışmasında olay: II yeri tutan modelin əri qalibin tacını sındırdı (VİDEO)

Braziliyada "Miss Gay Mato Grosso 2023” gözəllik müsabiqəsi keçirilib və bu müsabiqə zamanı maraqlı hadisə baş verib. Müsabiqədə Kuyaba şəhərindən olan model Natali Bekker iştirak edib. Qız ərinin bəyənmədiyi ikinci yeri tutub.

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, əvvəlki tac sahibləri qalibə - Varzea Qrandedən gələn Emannuelli Belliniyə yaxınlaşarkən Bekkerin əri səhnəyə çıxıb, tacı qaparaq sındırıb.

Bununla belə, qalib yenə də yarış bitdikdən sonra tacı alıb. Oğlana qarşı, çox güman ki, iş başlanacaq, çünki polis artıq araşdırmaya başlayıb.

Alpər