Texnologiya 10:37 18.10.2022

"Google" Azərbaycanı belə təbrik etdi (FOTO)

"Google” axtarış sistemi Azərbaycanı 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə özünəməxsus şəkildə təbrik edib.

Qaynarinfo xəbər verir ki, bu münasibətlə axtarış sisteminin Azərbaycan seqmentinin əsas səhifəsinin əsas hissəsində dövlət bayrağımız yer alıb.

Qeyd edək ki, axtarış nəticələrinin əks olunduğu səhifənin yuxarı sol hissəsinə də üçrəngli bayrağımız yerləşdirilib.