Sənət 17:59 06.02.2023

Grammy-2023: arzulanan mükafatı alanlar - TAM SİYAHI

"Qrammy” musiqi dünyasının Oskarıdır.

Los-Ancelesdə 65-ci "Qrammy” mükafatlandırma mərasimi keçirilib. Musiqi mükafatlarının təqdimetmə mərasimi Crypto.com arenasında baş tutub. Mərasimdə ilin ən yaxşı musiqiçiləri və ən yaxşı mahnıları müəyyən edilib.

"Grammy” mükafatının qazanların tam siyahısı:

Ənənəvi olaraq, mərasimdə musiqinin müxtəlif janrlarında ən yaxşı mahnı, albom və duetlərə mükafatlar təqdim olunub.

İlin albomu

Harri Stayl "Harry’s House” albomuna görə Grammy qazanıb. O, ABBA, Kendrik Lamar, Lizzo və hətta Beyonsu arxada qoyub. 

Ən yaxşı yeni sənətçi

Bu kateqoriyada caz ifaçısı Samara Coy qalib olub. 23 yaşlı müğənni Måneskin və bir çox başqa musiqiçiləri üstələyib.

İlin ən yaxşı səsyazması

Lizzo "About Damn Time” mahnısına görə Grammy qazanıb. O, Beyonsu, Dodj Kət, Kendrik Lamar və ABBA-nı qabaqlayıb. 


İlin mahnısı

Bonni Rayttin "Just Like That" mahnısı Grammy tərəfindən ilin ən yaxşı mahnısı seçilib. Bu kateqoriyada o, Adel, Teylor Sviift, Jay-Z və Lizzonun mahnılarını geridə qoyub.


Ən yaxşı pop solo ifası

Bu kateqoriyada qalib müğənni Adel olub. Çox arzulanan Qrammy heykəlciyi ona "Easy on me” mahnısının ifasına görə verilib. Yeri gəlmişkən, bu trekin videosu 350 milyondan çox baxış toplayıb.

 
Ən yaxşı elektron rəqs albomu

Bu nominasiyada Beyons fəxri Grammy mükafatını alıb. "Renaissance” albomu ona qələbə gətirib.

Ən yaxşı rep albomu

Ən yaxşı rep albomu nominasiyasında Grammy mükafatı Kendrik Lamara nəsib olub. O, "Mr Moral & the Big Steppers” albomunu hazırlayıb və pərəstişkarlarının qeyd etdiyi kimi, karyerasını canlandırıb.

Ən yaxşı urban musiqi albomu

Mükafat "Summer without you” albomuna görə  Bad Bunny-yə verilib.

Duet və ya qrup tərəfindən ən yaxşı pop mahnı ifası

Qrammy mükafatına Sam Smit və Kim Petrasa layiq görülüb. Onların "Unholy” mahnısı social şəbəkəni "partladıb”.

 
Ən yaxşı kantri albomu

Villi Nelson ən kantri albomu nominasiyasında Qrammy qazanıb. "A beautiful time" albomu ona qələbə gətirib.

Ən yaxşı R&B mahnısı

Mükafat Beyonsa "Cuff It” mahnısına görə verilib.


Ən yaxşı rəqs/elektron səsyazma

Qrammy müğənni Beyonsa təqdin edilib. "Break my soul” mahnısı ona daha bir heykəlcik qazandırıb.


Ən yaxşı pop vokal albomu

Harri Staylsa ikinci mükafatı "Harry's house” albomu gətirib. 

Ən yaxşı dünya musiqisi ifası

"Bayethe” mahnısına görə mükafat Uouter Kellerman, Zakes Bantvini və Nomcebo Zikodeyə verilib.


Ən yaxşı kantri solo ifası

İkinci Qrammy Villi Nelsona verilib. Tənqidçilər onun "Live forever” mahnısının ifasını yüksək qiymətləndiriblər.

Ən yaxşı R&B ifası

Bu kateqoriyada Beyons qalib gələ bilərdi, lakin onu Muni Lonq "Hrs & Hrs” mahnısı ilə qabaqlayıb. 


Ən yaxşı rep ifası

Ən yaxşı rep ifası üçün Grammy mükafatı Kendrik Lamara qismət olub. "The Heart Part 5” treki ona qələbə qazandırıb.

Ən yaxşı metal mahnı ifası

Ozzi Osborn və Toni Ayommi "Degradation Rules” görə Qrammy qazanıblar.


Ən yaxşı rok mahnı ifası

"Broken Horses” mahnısının ifası üçün heykəlcik Brendi Karlayla verilib.

Ən yaxşı rok albomu

Grammy Ozzi Osborna verilib. Qələbəni ona "Patient Number 9” albomu gətirib.

Ən yaxşı alternativ musiqi albomu

Bu kateqoriyada qalib albomla eyni adı daşıyan Wet Leg qrupu olub.

Ən yaxşı ənənəvi R&B ifası

Daha bir heykəlcik Beyonsa təqdim olunub. O, bunu "Plastic Off the Sofa” mahnısını ifasına görə alıb.


Ən yaxşı progressiv R&B albomu

Mükafatı "Gemini Rights” albomuna görə Sten Leysi alıb. 

Ən yaxşı R&B albomu

Bu kateqoriyada Qrammy-ni Robert Qlasper qazanıb. Qələbəni ona "Black Radio III” albomu gətirib.

Ən yaxşı rep mahnısı

Daha bir Grammy Kendrik Lamara qismət olub. Onun "The Heart Part 5” mahnısı iki kateqoriyada ən yaxşısı olub.

Ən yaxşı komediya albomu

Deyv Şappel "The Closer”ə görə mükafat alıb. 

Ən yaxşı folk albomu

"Qrammy” mükafatı Medison Kanninqama verilib. O, "Revealer” albomu sayəsində qalib gələ bilib.

Ən yaxşı kantri mahnısı

Ən yaxşı kantri mahnısı Mett Rogers və Ben Stennisin ifa etdiyi "Til you can't" mahnısı olub.

Nizami Bağırov