Xəbər lenti

Dünya 15:59 29.09.2023

Gülnarə Kərimovaya qarşı yeni ittihamlar

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova İsveçrədə beynəlxalq cinayət sindikatına rəhbərlik etməkdə ittiham olunur. 

Qaynarinfo xəbər verir ki, bu barədə The Financial Times yazır.

Nəşrin məlumatına görə, 2014-cü ildən Daşkənddə həbsdə olan 51 yaşlı Kərimova Özbəkistandan yüz milyonlarla dollar pul çıxarmaqda və bütün dünyada şirkət rəhbərlərinə və hökumət rəsmilərinə sistemli şəkildə rüşvət verməkdə ittiham olunur. O, həmçinin İsveçrədəki çoxsaylı şirkətlər və bank hesabları vasitəsilə qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitlərini yumaqda ittiham olunur. 

Onun vəkili bütün ittihamları rədd edir. Qeyd edilir ki, Gülnarə Kərimovanın fəaliyyətinin "baş ofisi” 2010-cu ildə müflis olmuş İsveçrənin "Zeromax” şirkəti olub. Onun işi ilə bağlı İsveçrənin ən məşhur özəl banklarından biri olan "Lombard Odier”ə qarşı da istintaq davam edir. Kərimova milyonlarla frank dəyərində brilyant və digər qiymətli daşlar saxlamaq üçün "Lombard Odier” bankının seyflərindən istifadə edib. Kərimovanın bank hesablarında 400 milyon frankdan çox vəsait dondurulub. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->