Siyasət 16:48 01.02.2023

Gültəkin Hacıbəyliyə bəraət verildi

Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli barəsində məhkəmə prosesi başa çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib.

Nəsimi Rayon Məhkəməsində keçirilən iclasda hökm oxunuvb. Hökmə əsasən, Gültəkin Hacıbəyli barəsində xüsusi ittiham qaydasında qaldırılan cinayət işinə bəraətverici əsaslarla xitam verilib.