Xəbər lenti

Siyasət 13:45 17.05.2023

Güney Azərbaycanda siyasi fəallıq artır (FOTOLAR)

Güney Azərbaycanda siyasi fəallıq artır. 

Qaynarinfo xəbər verir ki, mayın 16-dan 17-ə keçə gecə Təbrizin bir neçə məhəlləsində yazılı vərəqələr və bəyanat yayılıb.

Çağırışlarda milli fəallar azərbaycanlıları 22 may (1 xordad) qiyamının ildönümündə iştirak etməyə çağırıblar.

Yayılan bəyanatda Tehran rejiminin azərbaycanlılara qarşı bütün sahələrdə ayrı-seçkilik etdiyi vurğulanır.

Xüsusilə qadınların ikiqat zülmə məruz qaldıqları qeyd edilir.

Bəyanat müəllifləri qadınları, müəllimləri, tələbə və ümumiyyətlə bütün təbəqələrdən olan insanları 22 may hadisələrinin 17-ci ildönümü ilə bağlı keçiriləcək aksiyalarda fəal iştirak etməyə dəvət ediblər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?