Ölkə 16:43 01.02.2023

Günün koronavirus statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 39 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 983nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 698 nəfər müalicə olunaraq sağalıb, hazırda 198 aktiv xəstə var. Bu günə qədər 10 087 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 849, bu günə qədər isə ümumilikdə 7 489 399 test icra olunub.

Gün ərzində koronavirus əleyhinə 281 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 88, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 93, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 81, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 19 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 942 856, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 402 406, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 112, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 398 057, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 281 nəfər təşkil edir.