Dünya 13:06 22.04.2023

Gürcüstan DTX İŞİD liderlərindən birini həbs etdi

Gürcüstan xüsusi xidmət orqanları İŞİD terror təşkilatının liderlərindən birini yaxalayıb. 

Qaynarinfo "Georgia Online” saytına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Saxlanılan şəxs Malxaze Paksaşvilidir. O, Gürcüstanda doğulub və 2013-cü ilə qədər ölkədə yaşayıb. Paksaşvili daha sonra Suriyaya yollanaraq İŞİD-ə qoşulub.

"2013-2015-ci illərdə o, Sezar və Tsiskari Toxoşaşvili qardaşlarının qrupunun sıralarında olub və bu terror təşkilatının həyata keçirdiyi hərbi əməliyyatlarda, hücumlarda fəal iştirak edib", deyə qurumdan bildirilib.

Saxlanılan şəxs həm də "naib” vəzifəsini tutub və İŞİD-in əsas komandirləri ilə sıx əlaqələri olub. Cinayətkar Gürcüstan Cinayət Məcəlləsinin başqa dövlətin terror təşkilatında iştiraka və terror fəaliyyətinə yardım etməyə görə cəza nəzərdə tutan 328-ci maddəsi ilə mühakimə olunacaq. Paksaşvilini 10 ildən 17 ilədək həbs cəzası gözləyir.

Aydın