Xəbər lenti

Dünya 14:44 18.04.2024

Gürcüstan prezidenti xarici agentlər haqda qanuna qarşı aksiyalara münasibət bildirdi

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə xarici agentlər haqqında qanun layihəsinə qarşı davam edən aksiyaların davam edəcəyinə və 2024-cü il oktyabrın 26-da keçiriləcək parlament seçkiləri strategiyasının tərkib hissəsinə çevriləcəyinə ümid etdiyini bildirib. 

Qaynarinfo xəbər verir ki, onun sözlərindən CNN sitat gətirir.

Siyasətçinin sözlərinə görə, bu nümayişlər genişmiqyaslı, lakin çox dinc, çoxlu sayda gəncin iştirakı ilə keçirilir.

"Əminəm ki, onlar davam edəcəklər. Bu, strategiyanın bir hissəsinə çevrilmiş tendensiyadır, məqsədi qarşıdan gələn seçkilər olmalıdır”, - deyə Gürcüstan prezidenti bildirib.

Aprelin 17-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib; 83 deputat müvafiq qərarın lehinə səs verib. Əleyhinə səs verən olmayıb. Qanunun qüvvəyə minməsi üçün deputatlar ona daha iki oxunuşda baxıb qəbul etməlidir. Yalnız üç oxunuşda qəbul edildikdən sonra sənəd imzalanmaq üçün Gürcüstan prezidentinə göndəriləcək.

Bir neçə gündür Tbilisidə genişmiqyaslı etiraz aksiyası keçirilir.

Zurabişvili bildirib ki, o, xarici agentlər haqqında səs-küylü qanuna veto qoyacaq.

Gürcüstanın baş naziri İrakli Kobaxidze isə bu qanunun Gürcüstanı ukraynalaşmadan qorumaq məqsədi daşıdığı qənaətindədir. Onun sözlərinə görə, respublika bir neçə il əvvəl xarici qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti ucbatından hakimiyyət dəyişikliyi təhlükəsi ilə üzləşib və Ukraynadakından da pis vəziyyətə düşə bilərdi.

Bundan əvvəl Avropa Şurasının rəhbəri Gürcüstanın xarici agentlərlə bağlı qanununa qarşı çıxış edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->