Dünya 15:55 06.02.2024

Gürcüstan və Ukraynada hökumət böhranı nədən xəbər verir? (ŞƏRH)

"Gürcüstan və Qazaxıstanda baş verən baş nazir dəyişiklikləri hər iki ölkədə daha çox iqtisadi çətinliklərlə bağlı olan hadisələrdir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev son günlər Gürcüstan və Qazaxıstanda baş verən hökumət dəyişikliklərini şərh edərkən deyib:

"Hakimiyyət daxilində səfərbərlik, daha çox nəzarət edilən, proqnozlaşdırılan vəziyyətin yaranması naminə Gürcüstan və Qazaxıstanda bu dəyişikliklərə gedilib. Bu ölkələrdə iqtisadi vəziyyət qənaətbəxş deyil. Hər iki ölkə iqtisadi problemlərlə üzləşir. Gürcüstanda qarşıdan parlament seçkisi gəlir. Belə vəziyyətdə hakim partiya seçkiyə hazırlaşmaq üçün diqqətini maksimal dərəcədə səfərbərliyə yönəldib. Baş nazirin istefası da bu məqamdan qaynaqlanır. Əvvəlki baş nazir İrakli Qaribaşvili partiya sədri vəzifəsinə seçilib. Bu da o deməkdir ki, o daha çox seçkilərlə məşğul olacaq. Belə vəziyyət onu göstərir ki, Gürcüstanın hakim partiyası qarşıdan gələn seçkiləri problemsiz və uğurla keçirməkdə israrlıdır”.
 


M.Əliyev bildirib ki, Qazaxıstanda da iqtisadi və sosial vəziyyət qənaətbəxş deyil:

”Ona görə də Tokayev meydana yeni bir ruh gətirmək istəyir ki, prosesləri öz maraqları naminə  canlandıra bilsin”. 

Qeyd edək ki, son bir neçə gündə Orta Dəhlizin üzərindən keçən iki ölkədə hökumət istefaları baş verib. Əvvəlcə yanvarın sonlarında Gürcüstan baş  naziri İrakli Qaribaşvili istefa verdi. Onun yerini isə  İrakli Kobaxidzə gətirildi. Fevralın 5-də isə  Qazaxıstan Prezidenti hökuməti istefaya göndərdi. Əvəzində Oljas Bektenovu baş nazir seçildi. 

Rüfət Sultan