Dünya 09:04 27.06.2022

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 4,1 maqnitudalı zəlzələ baş verib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 07:49-da qeydə alınıb. Zəlzələnin episentri Dmanisi rayonundan 25 kilometr cənub-qərbdə, Sameba kəndi yaxınlığında olub.