Ölkə 22:10 14.12.2021

Göyçə gölü yaxınlığında zəlzələ - Gədəbəy və Tovuzda da hiss edildi

Bu gün saat 19:31-də Ermənistan ərazisi, Göyçə gölü yaxınlığında zəlzələ qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 3,8 bal gücündəki yeraltı təkanın dərinliyi 3 kilometr təşkil edib.

Zəlzələ Gədəbəy və Tovuz rayonlarının sərhəddə yaxın yaşayış məntəqələrində üç bala qədər hiss olunub. 

Qeyd edək ki, zəlzələ Ermənistanda Şorja kəndindən 2 kilometr şimal-şərqdə 3,4 bal gücündə zəlzələ olub. Təkanlar Qeqarkunik, Kotayksk, Tavuş bölgələrində hiss olunub. Zəlzələ Şorja, Artaniş, Draxtik, Aqartsin və Qandzakarda 3-4 bal, İcevan, Çəmbərək, Razdan və Havarda 3 bal, Sevan və Abovyanda 2-3 bal gücündə qeydə alınıb.