Ölkə 08:39 30.09.2022

Hacı Abgül azadlığa buraxıldı - 11 il sonra...

11 ildir həbsdə olan, yaxınları tərəfindən Hacı Abgül adlı din xadimi kimi təqdim olunan Abgül Süleymanovun həbs müddəti bitib.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Qobustan qapalı rejimli həbsxanasında cəza çəkən Hacı Abgülün həbs müddəti bu gün başa çatıb və səhər saatlarında azadlığda buraxılıb.

Xatırladaq ki, A.Süleymanov 2011-ci ildə İsmayıllınln Lahıc kəndində qaynatasının evində olarkən həbs edilmişdi. Bakı  Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətə azadlıqdan məhrum edilmişdi. Hacı Abgül ictimai təhlükəsizliyin pozulmasına cəhddə təsqirləndirilirdi.

Rəsmi məlumatlara görə, saxlanılarkən onun üzərindən narkotik vasitə də aşkar edilmişdi. Mənzilində odlu silah və sursat aşkarlanmışdı.

Qeyd edək ki, hazırda onun buraxılması üçün sənədləşmə işlərinin aparılığı və bir neçə saat sonra cəzaçəkmə müəssisəsindən çıxacağı bildirilir.