Xəbər lenti

Foto 15:37 17.04.2024

Hadi Rəcəbli dəfn olundu (FOTOLAR)

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli dəfn olunub.

"Report” xəbər verir ki, onun cənazəsi "Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, Təzəpir məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

Xatırladaq ki, 76 yaşında vəfat edən Hadi Rəcəbli I-V çağırış Azərbaycan Milli Məclisinin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?