İdman 10:45 20.02.2024

Hamşik "Napoli"yə qayıdır

"Napoli"nin sabiq futbolçusu Marek Hamşik yenidən İtaliya klubuna qayıdır. 

Qaynarinfo-nun məlumatına görə, veteran futbolçu Seriya A təmsilçisində direktor müavini olacaq. "Napoli" rəsmi olaraq  rəsmi olaraq Françesko Kalzonanın texniki direktor təyin edildiyini açıqlayıb. İtaliya mətbuatının xəbərində onun köməkçilərindən biri də məhz Hamşik olacaq. Kalzonanın digər köməkçisinin isə Françesko Sinatti olacağı bildirilib.

Hamşik 12 ilə yaxın (2007-2019) "Napoli”də çıxış edib. O, İtaliya klubunun formasında meydana çıxdığı 408 oyunda 100 qol vurub.

Səbuhi Həsənov