Xəbər lenti

Dünya 23:41 18.04.2024

Havaydakı "Cənnətə gedən pilləkən" söküləcək - Günahkar turistlərdir

Havay adalarının Honolulu şəhərinin hakimiyyət orqanları Oahu adasındakı məşhur attraksionun - heyrətamiz mənzərələri olan mənzərəli dağın zirvəsinə aparan "Cənnətə gedən pilləkən" kimi tanınan Hayku pilləkənlərinin sökülməsinə göstəriş verib. 

Qaynarinfo "CNN Travel"ə istinadən xəbər verir ki, 3922 pilləli pilləkən II Dünya müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən Oahu adasının şərqindəki Kaneohe adlanan ərazidə təxminən 850 metr uzunluğunda dağ yolu boyunca inşa edilib.

1987-ci ildən onlar təhlükəsizlik səbəbi ilə rəsmi olaraq ictimaiyyətə bağlanıblar. Bununla belə, turistlər daim ora getməyə davam edirlər və sosial şəbəkələr dövründə onların sayı qəbuledilməz həddə çatıb.

"Həddindən artıq icazəsiz girişlərə görə, Hayku pilləkənləri şəhərə əhəmiyyətli məsuliyyət və xərclər gətirir, həmçinin yaxınlıqdakı sakinlərin həyat keyfiyyətinə təsir göstərir", deyə Honolulu Şəhər Şurasının üzvü Ester Kiaina bildirib.

Şəhər Şurası 2021-ci ildə pilləkənlərin sökülməsinə yekdilliklə səs verib. Məlumata görə, işlər 2024-cü ilin aprel ayının sonunda başlayacaq və ən azı altı ay çəkəcək, həmçinin 2,5 milyon dollara başa gələcək.

"Bu qərar pilləkənin girişinə yaxın və ətrafında yaşayan insanlara hörmətimizə, quru və dənizə hörmətimizə, cəmiyyətin həm gələcəyinə, həm də keçmiş mədəniyyət tarixinə hörmətimizdən irəli gəlir", deyə Honolulu meri Rik Blangiardi əlavə edib.

Nəşrin məlumatına görə, bu qərara bir sıra amillər təsir edib - turistlərin özlərinin təhlükəsizliyindən tutmuş çağırılmamış qonaqlardan şikayət edən yerli sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, ətrafdakı təbiətin qorunmasına qədər...

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->