Video 12:08 27.02.2023

Həkimlərdən xəbərdarlıq: Bu əlamətlər varsa... (VİDEO)

Yaz fəslində bəziləri qrip olduqlarını düşünsələr də ağacların çiçəklənmə dövründə tozlanmanın baş verdiyi bu günlərdə göz və burun axması, ardıcıl asqırma allergik reaksiyadır.

Tozcuqların küləklə yayılan zülal quruluşlu maddələri elmi dildə polen adlanır. Bu allergiyalar uşaqdan böyüyə hər kəsdə rast gəlinir.

Bu səbəbdən tövsiyyə olunur ki, hətta təmiz havada belə özümüzü qoruyaq.

Mövsümi allergiyanın əlamətləri bunlardır:

Burun axıntısı və selik əmələ gəlməsi,
Asqırma,
Burun, göz, qulaq və ağız qaşınması,
Burun tutulması,
Qırmızı və sulu gözlər,
Göz ətrafında şişlik.

Ətraflı AZTV-nin videomaterialında izləyə bilərsiniz: