İdman 11:26 09.07.2023

Həyat yoldaşı Dmitri Peskovdan kömək istəmir (FOTOLAR)

Fiqurlu konkisürmə üzrə olimpiya çempionu Tatyana Navka heç vaxt şou üçün qrant almaqda əri Dmitri Peskovdan kömək istəməyib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Hello" jurnalına müsahibəsində bildirib

"Mən hər şeyi ərimdən alıram? Çoxları elə bilir ki, mən Dmitri Sergeyeviçin sayəsində olimpiya çempionu olmuşam. Ciddi deyirəm, heç vaxt onun yanına belə suallarla getmirəm. Mən özümü təmin edən insanam və layihələrimi özüm həyata keçirirəm”, deyə Navka bildirib.

2006-cı ildə Navka Roman Kostomarovla cütlükdə Olimpiya qızılının sahibi olub. Onun həmçinin dünya çempionatında iki, Avropa çempionatında isə üç qızıl medalı var.

Navka və Peskov 2015-ci ildə evləniblər. Cütlüyün qızı var.

Qeyd edək ki, Dmitri Peskov Rusiya prezidentinin mətbuat katibidir.

Aydın