Hüquq və İnsan Haqları İnstitutu məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı İnstitutun əməkdaşı olmuş Fərid Ələkbərovdur.
Məlumata əsasən, Fərid Ələkbərov "14 dekabr 2023-cü il tarixli 2023 nömrəli müraciətə (şikayətə) baxılmasının nəticəsinin qanunsuz hesab edilməsi” tələbinə dair Yasamal Rayon Məhkəməsində iddia qaldırıb.
İş hakim Ayşən Sultanova-Məmmədovanın icraatındadır.
Aprelin 16-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib.
Hüquq və İnsan Haqları İnstitutunun 1999-cu ildə yaradılıb. İnstitut əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tabelyində fəaliyyət göstərib. Hal-hazırda institut publik hüquqi şəxs kimi "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin tabeliyində fəaliyyət göstərir. İnstitutun İdarə Heyətinin sədri Məmməd Quluzadədir.
Seyid
Şərhlər