ABŞ hərbçiləri Suriyada hava hücumu zamanı "İslam Dövləti” – İŞİD terror qruplaşmasının liderlərindən birini məhv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına (CENTCOM) istinadən
yazıb.
CENTCOM-un bəyanatında deyilir: "CENTCOM qüvvələri aprelin 3-də Suriyada İŞİD lideri Xalid Ayad Əhməd əl-Cəburini öldürüb”.
Qeyd edilir ki, terrorçu "Avropada hücumların planlaşdırılmasına və İŞİD-in təşkilati strukturunun inkişafına cavabdeh idi”. CENTCOM əlavə edib ki, hava hücumu nəticəsində mülki əhali arasında itki və xəsarət alan olmayıb.
2022-ci il fevralın 3-də Ağ Ev ABŞ ordusunun Suriyanın şimal-qərbində uğurlu əks-terror əməliyyatı həyata keçirdiyini və nəticədə İŞİD lideri Əbu Abdullah Qardaş kimi tanınan Əbu İbrahim əl-Haşimi əl-Küreyşinin ölümü ilə nəticələndiyini açıqlayıb.
Alpər
Şərhlər