Dünya 14:29 10.11.2022

İlon Maskın xarici ölkələrlə əlaqələri ABŞ-ın diqqətində - Bayden sözünü dedi

9Amerikalı iş adamı, "Tesla" və "SpaceX"in qurucusu İlon Maskın xarici tərəfdaşlarla əməkdaşlığı "ABŞ hakimiyyətinin diqqətini tələb edir”. 

Qaynarinfo "Rosbalt"a istinadla xəbər verir ki, bu barədə prezident Co Bayden Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.

"New York Post" qəzetinin yazdığına görə, o, eyni anda iki sualı cavablandırıb: o, Maskı ABŞ-ın milli təhlükəsizliyinə təhdid hesab edirmi və Vaşinqton onun "Twitter" sosial şəbəkəsini almasını xarici hökumətlərlə, o cümlədən Səudiyyə Ərəbistanının hakimiyyəti də daxil olmaqla araşdırmalıdırmı? 

"Düşünürəm ki, İlon Maskın digər ölkələrlə əməkdaşlığı və yaxud texniki əlaqələri diqqətəlayiqdir. Onun yersiz bir şey edib-etməməsindən asılı olmayaraq – ki, bunun olduğunu demirəm - bunu araşdırmağa dəyər olduğunu düşünürəm. Bütün deyəcəyim budur”, - deyə prezident cavab verib. Bunun tam olaraq necə edilməli olduğunu soruşduqda, Bayden əlavə etdi ki, "bir çox yol var".

Bundan əvvəl Konnektikut ştatından senator Kris Mörfi ABŞ hakimiyyətini Maskın sosial şəbəkəni almasını nəzərdən keçirməyə, habelə maliyyəni təmin edən Səudiyyə Ərəbistanı şirkətinin fəaliyyətinə potensial təsirləri nəzərdən keçirməyə çağırıb.

Alpər