Dünya 11:40 24.03.2023

Şimali Koreya "güclü radioaktiv sunami" yaradan silahın sınağını keçirdi

Şimali Koreya martın 21-23-də keçirilən təlimlər çərçivəsində sunamiyə səbəb ola biləcək "Haeir" nüvə pilotsuz sualtı hücum gəmisini sınaqdan keçirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə RBC  "Koreya səsi" dövlət radiosuna istinadən məlumat yayıb.

Məlumata görə, qayıq "gəmi qruplaşmalarını və düşmənin aparıcı əməliyyat limanını məhv etmək və dağıtmaq üçün su altında əməliyyat akvatoriyasına gizli şəkildə üzərək sualtı partlayışla super güclü radioaktiv sunami yarada bilər”. O, həmçinin istənilən dəniz sahilinə, limana və ya gəmiyə çəkilib istismar yerinə ötürülə bilər.
Qeyd olunur ki, martın 21-də təlimlər başlayanda qayıq Cənubi Hamqyonq əyalətinin Rivon dairəsi ərazisində sahildə olub. Təxminən 60 saat ərzində o, 80-150 m dərinlikdə üzüb və martın 23-də günorta saatlarında saxta düşmənin limanını təsvir edərək Honqvon körfəzinin sularında təyin olunmuş nöqtəyə gəlib. Orada saxta döyüş başlığı partladılıb.

Bundan əlavə, martın 22-də həm də təlim çərçivəsində Şimali Koreya hərbçiləri Hamhung bölgəsində iki "Hvasar-1” və iki "Hvasar-2” qanadlı raketi buraxıb.

Alpər