Xəbər lenti

Dünya 22:25 30.03.2024

Şimali Koreya: "Yaponiya imperiya ordusunu dirçəldir"

Şimali Koreya hesab edir ki, Yaponiya müdafiə potensialını və Özünümüdafiə Qüvvələrini gücləndirmək adı altında imperiya ordusunu dirçəltməkdədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Nəşr iddia edir ki, Tokio bu gün "tarixi təhrif edərək keçmiş cinayətlərini bəzəyir" və həm də hücum xarakterli hərbi qüvvə kimi özünümüdafiə birləşmələrini genişləndirir. Pxenyan hesab edir ki, onların ultra müasir silahları var.

Şimali Koreya nəsillərin dəyişməsi səbəbindən Yaponiyanın aqressiv ambisiyalarının dəyişməyəcəyini güman edir.

Bundan əvvəl Şimali Koreyanın Çindəki səfiri Ri Ren Nam bildirib ki, Pxenyan hakimiyyəti yaponiyalı həmkarları ilə heç bir səviyyədə görüş keçirməyəcək.

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq isə bildirmişdi ki, Yaponiyanın baş naziri Fumio Kişida Pxenyana Kim Çen Inla mümkün qədər tez görüş keçirmək niyyəti barədə məlumat verib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->