Xəbər lenti

Dünya 12:22 28.08.2023

İmran Xan üzərindən adam öldürməyə cəhd ittihamı götürüldü

Pakistanın Ali Məhkəməsi keçmiş baş nazir İmran Xan üzərindən adam öldürməyə cəhd ittihamının götürülməsi qərarına gəlib, onun vəkili Naeem Panyuta X (keçmiş Twitter) bildirib. Həmçinin bu gün məhkəmə Xanın dələduzluq ittihamı ilə ona üç il həbs cəzası verən daha əvvəl çıxarılmış hökmün ləğvi ilə bağlı müraciətinə baxacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant" yazır.

İmran Xan 2018-ci ildə Pakistanın baş naziri vəzifəsinə keçib. 2022-ci ilin aprelində ona qarşı etimadsızlıq səsverməsi qəbul edildikdən sonra vəzifəsindən uzaqlaşdırılıb. Oktyabr ayında İmran Xan seçkilərdən kənarlaşdırılıb və 5 il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib.

Keçmiş baş nazir iyun ayında vəkil Rəzzək Şarı öldürməyə cəhddə ittiham olunub. Ümumilikdə, hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra siyasətçiyə qarşı 150-dən çox məhkəmə işi açılıb. Xüsusilə, Xan, korrupsiya, terrorizm və tərəfdarlarının ölkə boyu dövlət idarələrinə və hərbi obyektlərə hücum etdiyi kütləvi etirazlarla bağlı fitnəkarlıqda ittiham olunur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->