Ekonomiks 11:01 05.11.2022

İnam Kərimov Ağcabədidə vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri İnam Kərimov noyabrın 11-də saat 09:00-da Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-3188876) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin 1652 "Çağrı Mərkəzi”nə zəng etməklə qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.