İdman 13:17 03.10.2022

İngiltərə futbolunun əfsanəsinin qızı mafiozun oğlu ilə sevgili oldu

İngiltərə klubu "Aston Villa"nın meneceri Stiven Cerrardın 18 yaşlı qızı Lilly-Ella Cerrard şəxsi həyatı ilə gündəmə gəlib.

Qaynarinfo xəbər verir ki,  İngiltərə futbolunun əfsanəsinin qızının irlandiyalı mafiozun oğlu ilə münasibəti üzə çıxıb. Qızın 23 yaşlı Li Brne ilə başlayan münasibəti, oğlanın atası ilə bağlı iddialar səbəbiylə mübahisələrə səbəb olub. Li Birnin atası, 41 yaşlı Liam Birni bu yaxınlarda İngiltərədən köçməli olub. Səbəb isə polisin araşdırması nəticəsində "Kinahan” kartelinin 2,6 milyon avrodan çox aktivinə həbs qoyulmasıdır. İrlandiyalının rəhbərlik etdiyi təşkilat Cənubi Amerikadan Avropaya böyük miqyasda kokain qaçaqmalçılığı ilə məşğuldur və eyni zamanda adam öldürmə, çirkli pulların yuyulmasında ittiham edilir. Müstəntiqlərin fikrincə, Liam Birne dəstənin liderlərindən biridir.

Lilly-Ella və Li arasındakı münasibət cütlüyün İbiza səfərindən fotoları internetdə yayımlananda üzə çıxıb. İngiltərə mətbuatında yer alan xəbərlərdə 23 yaşlı Birnenin kriminal aləmlə heç bir əlaqəsinin olmadığı, onun bu ilin əvvəlində Deysi O'Donnell ilə eşq macərası yaşadığı qeyd edilib.  Linin atası Liamın qohumu Tomas Kavanaq 2019-cu ildə silah saxladığına görə həbs olunub. Ardından onun İngiltərədəki mafioz Daniel Kinahanın sağ əli olduğu iddia edilib.

Birnin qardaşı David Birne 2016-cı ilin fevralında Dublindəki bir oteldə güllələnib.
 



Səbuhi Həsənov