Xəbər lenti

Dünya 16:21 22.04.2024

İran hakimiyyəti hicab taxılmasına nəzarət edəcək yeni qurum yaradır

İran qadınların necə geyindiyinə nəzarət edəcək yeni hüquq-mühafizə orqanı yaradacaq. 

Qaynarinfo "Azadlıq radiosu”na istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehrandakı qüvvələrinin komandanı Həsən Həsənzadə deyib.

Son günlər İrandan qadınların şəhər küçələrində "yanlış” göründüklərinə görə saxlanılması hallarının tez-tez artdığı barədə xəbərlər gəlir. Səlahiyyətlilər bildiriblər ki, onlar "Nur” kod adı altında əməliyyat keçiriblər.

"Bu gün avtoritar teokratiya hakimiyyət mövqeyinə görə deyil, çarəsizliyə görə ölkənin bütün küçələrində bütün qadınlara qarşı tam hüquqlu müharibəyə başlayıb”, - həbsdə olan iranlı hüquq müdafiəçisi və Nobel Sülh Mükafatı laureatı Nargiz Məhəmmədi İnstaqramda baş verənləri şərh edir. 

Onun Tehranın "Evin” həbsxanasından verdiyi məlumatda deyilir ki, eyni müəssisədə əxlaq polisi tərəfindən saxlanma təcrübəsi barədə açıq danışdığı üçün həbs edilən jurnalist Dina Qalibaf da saxlanılır. Məhəmmədinin sözlərinə görə, Qalibaf döyülərək həbsxanaya gətirilib və o, cinsi zorakılıqdan danışıb.

Xatırladaq ki, 2022-ci ildə İranda geyim qaydalarına əməl etmədiyinə görə saxlanılan 22 yaşlı Məhsa Əmininin qətli ilə bağlı kütləvi etirazlar başlayandan sonra ölkə hakimiyyəti hicabın məcburi geyinilməsi ilə bağlı qanuna yenidən baxılacağını və əxlaq polisinin ləğvini vəd edib. Bununla belə, 2023-cü ilin sentyabrında daha sərt qanun qəbul edilib və bu qanuna əsasən, qadınları "açıq-saçıq” geyimlərə görə 10 ilədək həbs cəzası gözləyir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->