Dünya 15:39 01.06.2022

İran prezidenti sabah Təbrizə səfər edəcək

Məlumata görə, İran prezidenti əyalətlərə səfərlərinin davamı kimi sabah cümə axşamı Şərqi Azərbaycan əyalətinə səfər edəcək.

Qaynarinfo bu barədə IRNA agetliyinə istinadən xəbər verir.

Sabahki səfərdə Seyid İbrahim Rəisi, bir qrup nazir və dövlət kabineti üzvləri ilə birlikdə Şərqi Azərbaycan əyalətinin mərkəzi olan Təbriz şəhərinə yola düşəcək.

Bu səfərdə illərdən bəri mövcudluqlarını dayandırmış layihələrin başa çatması barədə qərar qəbul ediləcək.  

Əlavə olaraq qeyd edilir ki, bu səfərdə həmçinin digər layihələr, o cümlədən strateji Şərqi Azərbaycan əyaləti, Təbrizin mərkəzindəki dəmir yolu stansiyası, Təbrizə su nasosları, vilayətdəki bəndlərin tikilmə prosesinin davamı, Urmu gölünun su vəziyətinin bərpası və Culfa sərbəst zonasının layihələrinin icrası ilə bağlı müvafiq fərmanlar veriləcək.

M.Arif