İran PUA hücumlarına terrorla cavab verəcək (ŞƏRH)
"Tehran dron hücumuna cavab olaraq, bir sıra yerlərdə terrora əl atacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli İranın PUA hücumuna qarşı hansı tədbirlər görəcəyi barədə sualı cavablandırarkən deyib.
"İrana edilən dron hücumu fonunda Tehrandan cavab addımı olaraq daha çox terrora əl atacağını gözləmək olar. İranın bilavasitə açıq hücuma keçəcəyini isə gözləmirəm. Amma onlar müəyyən terror əməliyyatları keçirə bilərlər. Çünki İran bu sahədə ixtisaslaşmış xüsusi ölkələrdəndir. İran hələlik sussa da, onun cavab vermək üçün müəyyən tədbirləri planı hazırladığı istisna deyil. Bu tədbirlər planı da böyük ehtimalla bir sıra yerlərdə terror aktlarının həyata keçirilməsi olacaq”, deyə sədr bildirib.
Qeyd edək k¸ yanvarın 28-də İranın şimal ərazisinə PUA-larla hücum edilib. Nəticədə Təbrizdəki dron istehsalı zavodu, İsfahandakı hərbi obyekt ciddi zədə alıb. Baş verən olaya rəğmən Tehran hələlik susmağa üstünlük verir. İran prosesdə kimləri günahlandırdığı və onlara qarşı cavab zərbələri endirib-endirməyəcəyi barədə hələlik hər hansı bir açıqlama verməyib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər