Dünya 17:55 28.09.2022

İran siyasətinin “Troya atı”: Faizə Haşiminin həbsi nəyə xidmət edir? (ŞƏRH)

İran İslam Respublikasının 4-cü prezidenti olmuş mərhum Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşiminin həbsi bir sıra mülahizələrə səbəb olub.

Qaynarinfo xatırladır ki, 22 yaşlı Məhsa Əminin polis bölməsində işgəncəyə məruz qalmasına etiraz olaraq keçirilən aksiyalarda iştirak edən Faizə Haşimi hökumət əleyhinə çağırışlar etməkdə ittiham olunur.

Faizə Haşiminin həbsi barədə İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yaxın "Təsnim” agentliyi məlumat yayıb. İrandakı həbslər barədə rəsmi və hökumətin nəzaərətində olan media quruşları xəsisliklə məlumat verirlər. Bu baxımdan, Faizə Haşiminin həbsi barədə xəbəri SEPAH-a yaxın media orqanının yayması təəcüblə qarşılanıb.

Almaniyada mühacir həyatı yaşayan hüquqşünas Nağı Mahmudi Qaynarinfo-ya bildirib ki, SEPAH-a yaxın "Təsnim” agentliyinin Faizə Haşiminin həbsi barədə məlumat yayması olayda hansısa qaranlıq məqamların olmasından xəbər verir.

"Sentyabrın 13-dən bu yana İranda yüzlərlə aksiya iştirakçısı həbs edilib. Onların arasında siyasi və ictimai fəallar, tanınmış şəxslər də var. Lakin hökumət bu həbslər barədə danışmağı sevmir. Hakimiyyətə yaxın media orqanlarında bu barədə məlumat verilmir. Faizə Haşimi ilə bağlı fərqli hal onun göstərir ki, burada hansısa qara niyyət var”, - Mahmudi bildirib.
 

Əli Əkbər Haşimi Rəfsəncani

Əli Əkbər Haşimi Rəfsəncani İran siyasi elitasının ən nüfuzlu simalarından olub. 1989-1993-cü illərdə İranın  prezidenti olan Rəfsəncani İslam inqilabının lideri mərhum Ruhullah Xomeyninin ən yaxın adamlarından biri sayılır. Xomeyninin Ali rəhbər olduğu dönəmdə Rəfsəncani faktiki olaraq ikinci şəxs statusunda olub.  Hazırki Ali rəhbər Seyid Əli Xameneyinin bu mənsəbə yüksəlməsində də Rəfsəncaninin rolu olub. Məhz o, Xomeyninin Xameneyini varis elan etdiyini bildirib. Halbuki Ruhulla Xomeyni özündən sonra Ayətullah Hüseynəli Müntəzirini görmək istəyirdi.
 

Hüseynəli Müntəziri
 
Xomeyninin Müntəziri haqqında "mən onda gizlənmişəm” fikri də onu varis kimi gördüyünə işarə sayılırdı. Lakin sonradan tənqidi fikirlərinə görə Müntəziri ilə Xomeyni arasında müəyyən soyuqluq yaranmışdı. Buna rəğmən, Xomeyni yeni varisin kim olacağını açıqlamamışdı. Rəfəsncani həm də müxalif fəallara qarşı sui-qəsdlərin sifarişçisi kimi tanınır. Xüsusilə, İrandan kənarda rejimə qarşı mübarizə aparan fəalların aradan götürülməsində onun müstəsna xidmətlərinin olduğu deyilir. Hətta Xomeyninin oğlu Seyid Əhməd Xomeyninin ölümü də onun adı ilə əlaqələndirilir. İddialara görə, Əhməd Xomeyni məhz Rəfəsncaninin planlaşdırdığı sui-qəsd nəticəsində zəhərlənərək öldürülüb.
 

Əhməd Xomeyni

Nağı Mahmudi deyir ki, zaman-zaman Rəfsəncani ilə mövcud hakimiyyətin, daha doğrusu Ali rəhbərin maraqları toqquşub. Lakin bu, Rəfsəncani və ailəsinin mövcud rejimə qarşı çıxması anlamına gəlmir. "Rəfsəncani arada müxalif fikirlər səsləndirirdi. Amma bu şəxsi maraqlar kontekstində söylənən fikirlər idi. Rəfsəncani indiki rejimin oturuşmasında, möhkəmlənməsində ən mühüm rol oynamış fiqurlardan biridir. O, hətta Xameneyini Ali rəhbər seçdirəndə idarəetmənin öz əlində olmasını planlaşdırırdı. Lakin buna nail ola bilmədi və sonradan Xameneyi ilə münasibətlərində müəyyən soyuqluq yarandır. Xameneyinin onu nəzərdə tutaraq səsləndiridiyi bir fikir var:"Bir Əkbər qardaşımız var, təəssüf ki, şeytandır”. 

Xameneyinin bu fikirləri səsləndirməsindən az sonra Rəfsəncaninin hovuzda çimərkən ürək tutmasından vəfat etdiyi barədə xəbər yayıldı. Lakin belə ehtimallar  var ki, Rəfəsncani qətlə yetirlib. Çünki onun olduğu  yerdəki bütün kameraların yaddaşı silinmişdi”. 

Bəs İran siyasətinin "boz kardinalı” olmuş Rəfsəncaninin qızının aksiyaları dəstəkləməsi, insanları etiraza səsləməsi və buna görə həbsinin arxasında hansı qaranlıq məqamlar dayana bilər? Mahmudinin fikrincə, burada İran hakimiyyəti Faizə Haşimidən öz məqsədləri üçün istifadə edə bilər:

"Rəfsəncani və ailəsi əslində hakimiyyətə bağlıdır. Mümkündür ki, Faizə Haşimidən lider düzəldərək bu yolla aksiyaları nəzarətə götürməyə çalışsınlar. Lakin bu planın baş tutacağı inandırıcı görünmür. Çünki xalq Rəfsəncani ailəsinin müxalifliyinə inanmır. Çünki çox yalan danışıblar. Bu 44 il müddətində İran xalqının mövcud hakimiyyətə, onun dəstəkçilərinə, bu hakimiyyətdə təmsil olunmuşlara etimadı itib”. 

Seyid