Dünya 14:03 12.04.2023

İran Suriyaya "humanitar reyslər" adı altında hərbi texnika çatdırıb - Reuters

İran Suriyaya silah və hərbi texnika çatdırmaq üçün zəlzələdən zərərçəkənlərə yardım məqsədi daşıyan "humanitar uçuş”larından istifadə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters mənbələrə istinadən məlumat yayıb

Mənbələrin məlumatına görə, Türkiyənin cənubunda və Suriyanın şimalında son yüz ilin ən güclü zəlzələsindən sonra İrandan Hələb, Dəməşq və Latakiya hava limanlarına yüzlərlə uçuş həyata keçirilib.

Bu uçuşların köməyi ilə İran humanitar yüklərdən əlavə, rabitə vasitələri, radarlar, hava hücumundan müdafiə sistemlərinin elementlərini Suriyaya çatdırıb.
İranın BMT-dəki nümayəndəliyi bu məlumatın həqiqətə uyğun olmadığını iddia edib. Suriya şərh verməkdən imtina edib.

Nizami Bağırov