Dünya 09:15 24.03.2023

İranda baş verən güclü zəlzələ Naxçıvanda hiss olundu

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri bölgəsində 5,6 maqnitudalı zəlzələ olub.

Qaynarinfo-nun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, yeraltı təkan yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 km cənub-qərbdə, İranın Xoy şəhərində qeydə alınıb.

Zəlzələ Naxçıvan MR-də 4-3 bala qədər hiss olunub.