Dünya 23:06 16.03.2023

İranda yenidən zəlzələ oldu

İran ərazisində yenidən zəlzələ olub.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri 175 min insanın yaşadığı Xoy şəhərindən 27 km cənub-şərqdə yerləşib, ocağı 61 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.