Dünya 11:54 19.12.2022

İranı dərhal tərk edin - Belçika XİN-dən həyəcanlı çağırış

Özbaşına saxlanılmalar, həbslər və "ədalətsiz mühakimə” riski ilə əlaqədar Belçika Xarici İşlər nazirliyi ölkə vətəndaşlarına İranı dərhal tərk etməyi tövsiyə edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Belçika Xarici İşlər Nazirliyinin saytında müraciət dərc edilib.

Nazirlik izah edir ki, xəbərdarlıq digər məsələlərlə yanaşı, İrana turizm məqsədi ilə gələnlərə də aiddir.

"Belçikanın Tehrandakı səfirliyinin İranda həbs edilmiş və ya saxlanılan vətəndaşları konsulluq mühafizəsi ilə təmin etmək imkanları məhduddur. Üstəlik, ikili vətəndaşlıq halında konsulluğa baş çəkməyə icazə verilmir, çünki İran rəsmiləri ikili vətəndaşlığı tanımır”, - nazirliyin açıqlamasında bildirib.

Diplomatlar həmçinin belçikalılara "istənilən səbəbə görə” İrana səfər etməkdən çəkinməyi tövsiyə edir. "Bu yaxınlarda bir Belçika vətəndaşı və daha bir neçə Qərb ölkələrinin sakini özbaşına həbs edilib və hazırda İranda həbsdədir”, - deyə müraciətdə qeyd olunub.

Nizami Bağırov