Dünya 17:27 07.04.2023

İranlı aktrisadan molla rejiminə hicab etirazı (FOTO)

İranlı məşhur aktrisa Katayoun Riahi həmkarı Kimart Porəhmədin dəfn mərasiminə hicbasız qatılıb. 

Qaynarinfo xəbər verir ki, aktrisanın bu addımı İranda məcbur hicab qanununa etiraz kimi qiymətləndirilib. 

Azadlıq Radiosunun İran bölməsi aktrisanın dəfn mərasimindən fotosunu yayıb. Fotoda Riahinin hicabsız olduğu aydın şəkildə görünür.
 


Ötən ilin sentyabrından İranı etiraz dalğası bürüyüb. Bunun səbəbi 22 yaşlı Məhsa Əminin polis bölməsində ölməsidir. Məhsa Əmin polisə hicab qanunu pozduğu üçün aparılıb. İranlı fəallar onun döyülərək öldürüldüyünü düşünürlər. Məhsa Əmin ölümü onsuz da mövcud rejimdən narazı olan xalqın hiddətini bir qədər də artırıb və ölkədə etiraz aksiyalarına start verilib. 

Katayoun Riahi bu aksiyayaları ilk gündən dəstəkləyib. Elə bu səbəbdən həbs olunub. Daha sonra məhkəməyə qədər sərbəst buraxılıb. 
Riahinin dəfn mərasiminə hicabsız qatılması onun həbs və təzyiqlərə baxmayaraq mövqeyindən geri çəkilmədiyini göstərir. 

Ehtimal olunur ki, aktrisa bu addımına görə cəzalandırılacaq. İranlı fəallar hesab edir ki, ölkənin tanınmış şəxslərinin bu tip addımları rejimi ciddi narahat edir. Çünki tanınmışların etirazları dəstəkləməsi rejimin qorxu altında saxlamağa çalışdığı sıravi vətəndaşlar üçün motivasiyadır.   

Seyid