Xəbər lenti

Dünya 21:20 13.05.2023

İraq neft hasilatını azaltmayacaq

İraqın neft naziri Hayan Abdel-Qani iyunun 4-də keçiriləcək OPEC+ toplantısının neft hasilatının azaldılması ilə bağlı qərar qəbul etməyəcəyini gözləyir.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

"3 və 4 iyunda keçiriləcək növbəti iclasda əlavə ixtisar olmayacaq. İraqa gəlincə, biz ixracı daha da azalda bilmərik”, deyə nazir bildirib.

Nazir həmçinin İraqın may ayında başlayan və 2023-cü ilin sonuna qədər davam edəcək könüllü neft hasilatının azaldılmasına sadiq olduğunu bildirib və qeyd edib ki, ölkədən 4 iyun OPEC+ iclasından əvvəl hər hansı əlavə azalma tələb olunmayıb.

OPEC+ nazirlərinin görüşü iyunun 3-4-nə planlaşdırılıb. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->