Ölkə 09:15 29.10.2023

İşdən çıxarılan icra başçısının müavininə yeni vəzifə verildi

Babək Rayon İcra Hakimiyyətində struktur dəyişikliyi olub.

"Report" xəbər verir ki, icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində yeni müdir təyin edilib.

Bu vəzifəyə Culfa rayon icra başçısının müavini vəzifəsindən azad edilən Vüsal Məmmədzadə təyin edilib.