Dünya 12:46 29.10.2023

İslam Müqaviməti ABŞ-ın Suriyadakı hərbi bazasına hücum etdi

Suriyanın şimalında ABŞ hərbçilərinin yerləşdiyi hərbi bazaya pilotsuz uçuş aparatları vasitəsilə hücum edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə İraqın "Shafaq News” nəşri ölkə təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb. 

Nəşrin məlumatına görə, hücuma görə məsuliyyəti İraqdakı İslam Müqaviməti qrupunun yaraqlıları öz üzərinə götürüb.

Yaraqlılar Suriyanın Əl-Həsəkə şəhərindəki Əl-Şəddadi bazasına iki pilotsuz uçan aparatdan istifadə edərək hücum etdiklərini bildiriblər. Onların açıqlamasına görə, hücum hədəfə "birbaşa zərbə” ilə nəticələnib. Tələfat və dəymiş dağıntılar barədə məlumat verilmir.

Oktyabrın 24-də İraqdakı İslami Müqavimət Təşkilatı Suriyanın şərqindəki Əl-Ömər neft yatağı yaxınlığındakı ABŞ hərbi bazasına, həmçinin Həsəkə vilayətinin cənubundakı Əl-Şəddadi bazasına hücumlar təşkil etdiyini bildirib. Bundan bir qədər əvvəl ABŞ və Qərb koalisiyasının sərhəddəki Əl-Tanf qəsəbəsindəki bazası və onun yaxınlığında yerləşən Əl-Rukban qaçqın düşərgəsinə hücum edilib. İraqdakı İslam Müqaviməti hesab edir ki, orada Suriya müxalifətinin silahlı qüvvələri var.

İraqdakı İslam Müqaviməti şiə silahlı qruplaşmalarından ibarət qrupdur. Fələstin-İsrail müharibəsində yaraqlılar HƏMAS hərəkatının tərəfini tutur, Amerika bazalarına hücumları Fələstinə dəstəyklə izah edir.

Aydın