Video 09:31 01.05.2023

İsmayıllıda atı və sahibini sel aparıdı (VİDEO)

İsmayıllı rayonunun Zərnava kəndində atı və sahibini sel aparıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Qeyd edək ki, güclü yağış və dolu Azərbaycanın bir sıra rayonlarında ciddi fəsadlar törədib.

Sel sularının daşması nəticəsində fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, avtomobillərə və təsərrüfatlara ziyan dəyib.

Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.//oxu.az